525.Az

İspaniyada on minlərlə insanın iştirakı ilə mitinq keçirildi


 

İspaniyada on minlərlə insanın iştirakı ilə mitinq keçirildi<b style="color:red"></b>

Dünən paytaxt Madriddə "Xalq partiyası"nın təşəbbüsü ilə on minlərlə insanın qatıldığı mitinq keçirilib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, etirazçıların əsas tələbi ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsidir.

Buna səbəb isə bir neçə gün əvvəl baş nazir Pedro Sançeslə bağlı üzə çıxan rüşvətxorluq faktıdır. Belə ki, Sançesin yaxını kimi tanınan keçmiş nəqliyyat naziri Xose Luis Abalos müqavilələrin bağlanmasında rüşvət alma ittihamı ilə saxlanılıb.

Yeri gəlmişkən, "Xalq partiyası" mitinqdə 80 min insanın iştirak etdiyini bildirsə də, hökümət bu rəqəmin 2 dəfə az olduğunu bəyan edib.

L.Tağıyeva

 





01.12.2025    çap et  çap et