Nağıl kimi hadisə Kiprdə baş verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, britaniyalı turist Maykl Qreylinin ürəyi yerli klinikaların birində yoxa çıxıb.
Hadisə belə olub: 76 yaşlı Qreyli Kiprdə səfərdə olduğu zaman ayağının qıcolması üzündən Paralimni xəstəxanasına yerləşdirilib. 10 dəqiqə sonra onun öldüyü bildirilib. Bundan sonra meyit Qreylinin yaşadığı Oldhemə yola salınıb. Xəstəxananın verdiyi sənəddə onun ölümünün səbəbi göstərilmədiyi üçün yaxınları təkrar ekspertizaya müraciət ediblər. Bu zaman məlum olub ki, Qreylinin ürəyi Kiprdə "qalıb". Məhz bu üzdən təkrar ekspertiza aparmaq mümkün olmayıb.
Qeyd edək ki, işə hüquq-mühafizə orqanları qarışıblar və mərhumun ürəyinin yoxa çıxmasını araşdırırlar.
L.Tağıyeva

çap et