525.Az

Netanyahu və Tramp arasında telefon danışığı olub


 

Netanyahu və Tramp arasında <b style="color:red"> telefon danışığı olub</b>

İsrailin Baş naziri Benyamin Netanyahu və ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı olub.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər telefon danışığı zamanı Qəzza zolağında atəşkəs və İbrahim razılaşmasının uzadılmasını müzakirə ediblər.

İsrailin Baş nazir ofisindən verilən açıqlamada Trampın yaxın vaxtlarda Netanyahunu Vaşinqtona dəvət etdiyi qeyd olunub.

Həmçinin bildirilib ki, Netanyahu və Tramp HƏMAS-ın tərksilah edilməsi və Qəzza zolağının demilitarizasiyasını müzakirə ediblər.

Qeyd edək ki, İsrail 2020-ci ildə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Bəhreyn və Mərakeş kimi region ölkələri ilə "İbrahim razılaşmaları" kimi tanınan normallaşma sazişləri imzalayıb. Son olaraq Qazaxıstan noyabrın əvvəlində “İbrahim razılaşmaları”na qoşulduğunu rəsmən elan edib.

İbrahim Cəfərov

 





02.12.2025    çap et  çap et