Honkonqun Tai Po rayonunda səkkiz mənzilli kompleksdə baş verən güclü yanğında ölənlərin sayı 151-ə çatıb.
525.az xəbər verir ki, bu barədə “South China Morning Post” qəzeti məlumat yayıb.
Bildirilib ki, bu gün daha 5 nəfərin cəsədi aşkarlanıb.
Araşdırmalar zamanı məlum olub ki, binanın kənarını örtən qoruyucu şəbəkələr yanğına davamlılıq standartlarına cavab vermir. Bu səbəbdən də Honkonq polisi yanğında səhlənkarlıqda şübhəli bilinən 13 nəfəri saxlayıb. Billdirilib ki, saxlanılanların yaşları 40-77 arasında dəyişir.
İbrahim Cəfərov
çap et