525.Az

Qırğızıstanda parlament seçkilərində seçici fəallığı 37 faiz oldu


 

Qırğızıstanda parlament seçkilərində seçici fəallığı <b style="color:red"> 37 faiz oldu</b>

Qırğızıstanda bazar günü, noyabrın 30-da keçirilən növbədənkənar parlament seçkilərində seçici fəallığı 36,9 faiz olub.

525.az xəbər verir ki, bu barədə Qırğızıstanın Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Bildirilib ki, qeydə alınmış 4 milyon 294 min 243 seçicidən 1 milyon 584 min 446-sı səs verib.

“Tunduk” elektron hökumət sistemi vasitəsilə onlayn rejimdə səs verənlərin sayı 190 000-ə, xaricdə yerləşən 100 seçki məntəqəsində isə 26 062-yə çatıb.

Qırğızıstanın 90 yerlik parlamentinə seçkilərdə ümumilikdə 460 namizəd mübarizə aparıb.

İbrahim Cəfərov

 





02.12.2025    çap et  çap et