525.Az

Fransada qəsdən yandırılan evdə 5 nəfər öldü


 

Fransada qəsdən yandırılan evdə 5 nəfər öldü<b style="color:red"></b>

Fransanın Nyov-Mezon kommunasında 3 mərtəbəli evdə baş verən yanğın nəticəsində 5 nəfər həyatını itirib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, faciə bazar gününə keçən gecə yaşanıb.

Hadisə yerinə 70-ə yaxın xilasedici cəlb olunub. Alov söndürüldükdən sonra yanan mənzildə 5 nəfərin meyiti aşkarlanıb. Həlak olanlar 59 və 60 yaşlı ər-arvad, onların 16 yaşlı oğlu, 16 və 20 yaşlı qonaqları olub. Daha bir nəfər canını qurtara bilib. Məhz həmin şəxs yanğın barədə qonşuları və əlaqədar qurumları məlumatlandırıb. 

Qeyd edək ki, Nansi şəhər prokuroru Fransua Kapen-Dulost dünən verdiyi açıqlamada yanğının qəsdən törədildiyini bildirib. Həmin şəxsin müəyyənləşdirilməsi istiqamətində hüquq-mühafizə orqanları araşdırma aparır.

L.Tağıyeva

 





02.12.2025    çap et  çap et