525.Az

SOCAR və Beynəlxalq Əmək Təşkilatı potensial əməkdaşlıq imkanlarını nəzərdən keçirib


 

SOCAR və Beynəlxalq Əmək Təşkilatı potensial əməkdaşlıq imkanlarını nəzərdən keçirib<b style="color:red"></b>

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Beynəlxalq Əmək Təşkilatı (International Labour Organization) arasında müxtəlif sahələr üzrə potensial əməkdaşlıq imkanları nəzərdən keçirilib.

525.az-a bu barədə SOCAR-dan məlumat verilib.

Bildirilib ki, müzakirələr SOCAR-ın vitse-prezidentləri Ziba Mustafayeva, Fuad Musayev və Aparat rəhbəri Hafiz Zeynalovun iştirakı ilə Beynəlxalq Əmək Təşkilatının Moskva ofisinin direktoru Mixail Pouçkin və qurumun Azərbaycandakı Milli Koordinatoru Yaşar Həmzəyev ilə keçirilən görüşdə aparılıb.

Görüşdə SOCAR-ın enerji keçidi, rəqəmsallaşma və innovasiya proseslərində insan kapitalının inkişafına xüsusi önəm verdiyi vurğulanıb. Həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 





02.12.2025    çap et  çap et