525.Az

“Sülh prosesini dərinləşdiririksə, ərazi iddiası da konstitusiyadan çıxarılmalıdır” - Ekspert


 

“Sülh prosesini dərinləşdiririksə, ərazi iddiası da konstitusiyadan çıxarılmalıdır” - <b style="color:red"> Ekspert</b>

"Azərbaycan və Ermənistan artıq paraflanmış sülh sazişi layihəsində və imzalanacaq sülh müqaviləsində bir-birinin ərazi bütövlüyünü tanımaq öhdəliyi götürür. Əgər müqavilədə əks olunursa, amma ondan üstün sənəd olan konstitusiyada Azərbaycana qarşı ərazi iddiası qalırsa, bu, artıq müqavilə, yaxud paraflanmış sazişlə ziddiyyət təşkil edir”.

Bu barədə 525.az-a Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru Sahib Məmmədov Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları və gözlənilən dəyişiklik barədə danışarkən deyib.

Onun sözlərinə görə, həmin müddəalar aradan qalxmalıdır: “Əks halda, sülh müqaviləsinin əhəmiyyəti nə olacaq?! İstənilən vaxt konstitusiyaya zidd hesab edilib ləğv oluna bilər. Ona görə də Azərbaycanın bu tələbi haqlı tələbdir. Ermənistan konstitusiyasını yeni redaksiyada qəbul edəcək, onun mətni nədən ibarət olacaq, hakimiyyət quruluşu necə olacaq, daxili və xarici siyasəti necə müəyyən ediləcək, bu, özlərinə aid məsələlərdir. Azərbaycanı orada maraqlandıran yalnız bir məqamdır ki, ölkəmizə qarşı mövcud ərazi iddiası aradan qaldırılsın”.

Ekspert deyib ki, Ermənistandan belə fikirlər səsləndirilir ki, qəbul ediləcək yeni konstitusiya Azərbaycanın diktəsi ilə deyil, onsuz da sənədi dəyişmək istəyirdilər: “Lap yaxşı, necə istəyirlər, elə qəbul etsinlər, bizə lazım olan odur ki, konstitusiyadan Azərbaycana qarşı ərazi iddiası aradan qalxmış olsun. Buna getməsələr, onda müqavilənin əhəmiyyəti olmayacaq. Yəqin ki, buna parlament seçkilərindən sonra gediləcək, belə anonslar verilir. Hər halda bu, zəruri və beynəlxalq hüququn normalarına əsaslanan şərtdir. Bir halda ki, müqavilə bağlayırıq, sülh posesini dərinləşdiririk bizə qarşı ərazi iddiası da konstitusiyadan çıxarılmalıdır”.

Pərvanə Sultanova

 





02.12.2025    çap et  çap et