525.Az

Fransada terror aktı törətmək istəyən gənclər saxlanılıb


 

Fransada terror aktı törətmək istəyən gənclər saxlanılıb<b style="color:red"></b>

Fransada İsraillə bağlı obyektlərdə terror aktı törətməyi planlaşdıran 2 nəfər saxlanılıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, saxlanılanların hər ikisi həddi-buluğa çatmamış şəxslərdir.

Daxili Təhlükəsizlik Baş İdarəsinin (DGSI) əməkdaşları noyabrın 26-da Strasburqda 16 yaşlı gəncləri həbs ediblər. Onlardan birinin sosial şəbəkədə adı çəkilməyən radikal qrupun təsiri altına düşdüyü bildirilir. 

Qeyd edək ki, dünən məhkəmənin qərarı ilə hər iki gənc  saxlanma kamerasına yerləşdirilib və proses başa çatana kimi burada qalacaq.

L.Tağıyeva

 





02.12.2025    çap et  çap et