525.Az

Ermənistanın Nazirlər Kabineti Qarabağ danışıqlarına dair sənədləri dərc edib


 

Ermənistanın Nazirlər Kabineti Qarabağ danışıqlarına dair sənədləri <b style="color:red"> dərc edib</b>

Ermənistan hökuməti keçmiş Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesinə dair sənədləri dərc edib.

525.az  xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.

Nazirlər Kabinetinin saytında ümumilikdə 13 fayl yerləşdirilib. Bunlara 2011-ci ildə Kazanda müzakirə edilən sənəd, 2019-cu ildə vasitəçilərin təqdim etdiyi təkliflər, üçüncü prezident Serj Sarkisyanın 2016-cı ilin avqustunda Rusiya prezidenti Vladimir Putinə məktubu və digər sənədlər daxildir.

Sənədlər sayta erməni, rus və ingilis dillərində yerləşdirilib.

8 noyabrda Ermənistanın Baş naziri Nikol Paşinyan sənədləri dərc etmək planlarını açıqlayıb. 

Pərvanə Sultanova

 





02.12.2025    çap et  çap et