“Ermənistan və Avropa İttifaqı arasında yeni Strateji Tərəfdaşlıq gündəliyi qəbul edilib”.
525.az xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Kaya Kallas Brüsseldə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla birgə brifinqdə deyib.
“Bu gün biz Ermənistan-Aİ tərəfdaşlığı üçün yeni strateji gündəliyi qəbul etdik. Bu, Aİ ilə Ermənistan arasında əməkdaşlıq çərçivəsində bir çox yeni sahələrdə işləmək öhdəliyidir", - Kallas bildirib.
O, həmçinin Aİ-nin sülhün və dayanıqlığın gücləndiriməsi üçün Ermənistana 15 milyon dollar ayrıldığını elan edib:
“Bu, mina təmizləmə üzrə təlimlər, avadanlıqların alınması, eləcə də regionda etimadın artırılması tədbirləri daxil olmaqla bir sıra təşəbbüslərin maliyyələşdirilməsinə sərf olunacaq".
Aİ rəsmisi deyib ki, Ermənistan başqa problemlərlə də üzləşir:
“Rusiya və onun proksiləri seçkilərdən əvvəl Ermənistanda informasiya kampaniyaları aparırlar. Moldovada olduğu kimi eyni şəbəkələrdən istifadə edildiyini görürük. Ssenari eynidir. Aİ-nin maliyyəsi xarici müdaxilələrə cavab verməyə kömək edəcək.
Pərvanə Sultanova
çap et