“Ermənistan və Azərbaycan arasında avqustda Vaşinqtonda əldə olunmuş razılaşmalar uzun müddət davam edən münaqişəyə son qoydu”.
525.az xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Kaya Kallas Brüsseldə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla mətbuat konfransında deyib.
O qeyd edib ki, Avropa İttifaqı bu prosesi tam dəstəkləyir və qeyd edilən istiqamətdə əlindən gələni edəcək.
Pərvanə Sultanova
çap et