Belçika polisi Avropa Xarici Fəaliyyət Xidmətinin (EEAS) mənzil-qərargahında, Brüggedəki Avropa Kollecində və şəxsi evlərdə axtarışlar aparıb.
525.az xəbər verir ki, bu barədə Euractiv mənbələrə istnadən məlumat yayıb.
Nəşrin yazdığına görə, axtarışlar Aİ vəsaitlərinin sui-istifadəsi ilə bağlı istintaq çərçivəsində aparılıb. Polis əməkdaşları sənədləri müsadirə edib və üç nəfəri dindirilmək üçün saxlayıblar. Onlar satınalma fırıldaqçılığında, korrupsiyada şübhəli bilinirlər.
Araşdırma 2021-2022-ci illərdə EEAS və Brüggedəki Avropa Kolleci tərəfindən Aİ vəsaitlərinin xərclənməsi ilə bağlıdır.
Pərvanə Sultanova
çap et