525.Az

Dünyanın ən təmiz 10 turist şəhəri


 

Dünyanın ən təmiz 10 turist şəhəri<b style="color:red"></b>

Polşanın Krakov şəhəri turistlərin rəyinə əsasən dünyanın ən təmiz şəhəri elan olunub.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə "Radical Storage" kompaniyasının apardığı araşdırmada bildirilir.

Rəy bildirənlər turistlərin 98,5 faizi Krakovun təmizliyi haqqında müsbət fikirdə olublar. 

İkinci yerdə 98 faiz nəticə ilə Birləşmiş Ərəb Əmirliklərinin Şarj şəhəri yer alıb. İlk "üçlüy"ü Sinqapur qapayıb - 97,9 faiz.

Yeri gəlmişkən, ilk "onluq"da aşağıdakı şəhərlər yer alıb: Varşava (Polşa), Doha (Qətər), Ər-Riyad (Səudiyyə Ərəbistanı), Praqa (Çexiya), Maskat (Oman), Dubay (BƏƏ) və Fukuoka (Yaponiya).

L.Tağıyeva

 





02.12.2025    çap et  çap et