525.Az

Fanatlar "Nitsa"nın futbolçularına hücum etdi 


 

Fanatlar "Nitsa"nın futbolçularına hücum etdi <b style="color:red"></b>

Fransada fanatlar "Nitsa"nın futbolçularına hücum edib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə komandanın 2 üzvü xəstəxanaya yerləşdirilib.

Xəsarət alanlar Jeremi Boqa və Teremi Moffi hazırda həkim nəzarətindədir. Boqa dekabrın 5-də, Moffi isə 1 gün sonra xəstəxanadan buraxılacaq. 

Qeyd edək ki, hücum faktı Liqa 1-də  "Nitsa"nın "Loryan"a 1:3 hesablı məğlubiyyətindən sonra baş verib. 400-ə yaxın azarkeş klubun bazasına soxulub. Ardıcıl 4 oyundur məğlub olan komandanın baş məşqçisi Frank Ezi istefaya səsləyən azarkeşlər futbolçulara da hücum ediblər. Ən çox xəsarət adıçəkilən futbolçulara dəyib.

L.Tağıyeva

 





03.12.2025    çap et  çap et