“2024-cü ildə Azərbaycanla BƏƏ arasındakı ümumi ticarət həcmi təxminən 2 milyard 200 milyon ABŞ dolları təşkil edib”.
525.az xəbər verir ki, bu barədə BƏƏ səfiri Məhəmməd Əl Bluşi bildirib.
“İki ölkə arasında hava nəqliyyatına gəlincə, BƏƏ-nin milli aviadaşıyıcıları üçün həftəlik birbaşa uçuşların ümumi sayı təxminən 28 reysə, Azərbaycan aviaşirkətləri üçün isə həftədə 14 reysə çatıb. 2024-cü ilin statistikasına əsasən, BƏƏ-dən gələn turistlərin sayı 48 888 nəfər, Azərbaycan turistlərinin sayı isə 115 189 nəfər olub. Bu rəqəmlər iki ölkə arasında artan iqtisadi əlaqələrin müsbət göstəricisidir. Bundan əlavə, 2025-ci il üçün ilkin iqtisadi məlumatları BƏƏ ilə Azərbaycan Respublikası arasında ticarət əlaqələrinindaha parlaq gələcəyini əks etdirir”.
Pərvanə Sultanova
çap et