Türkiyənin xarici işlər naziri Hakan Fidan Belçikanın paytaxtı Brüsseldə NATO-nun Baş Qərargahında keçiriləcək NATO xarici işlər nazirləri toplantısına qatılacaq.
525.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, H.Fidanın NATO-nun baş katibi Mark Rutte, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas, Avropa İttifaqının genişlənmə üzrə komissarı Marta Kos, Böyük Britaniyanın xarici işlər naziri İvette Kuper, İspaniyanın xarici işlər naziri Xose Manuel Albar və bir sıra digər həmkarları ilə ikitərəfli görüşləri nəzərdə tutulub.
İbrahim Cəfərov
çap et