525.Az

Binəqədinin bəzi ərazilərində işıq olmayacaq


 

Binəqədinin bəzi ərazilərində <b style="color:red">işıq olmayacaq</b>

Bu gün Bakının Binəqədi rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bu barədə 525.az  "Azərişıq" ASC-yə istinadən xəbər verir.

Bildirilib ki, Biləcəri Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində 6 kV-luq "Binəqədi-1" və "Binəqədi-2" hava xətlərində təmir-təftiş və naqillərin yenilənməsi işləri aparılacaq.

Bununla əlaqədar olaraq saat 10:00-dan 15:00-dək Binəqədi kəndi ətrafında yerləşən yeni yaşayış massivləri, 1-ci, 2-ci mədən adlanan yaşayış ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir-təftiş və yenidənqurma işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

 





03.12.2025    çap et  çap et