525.Az

Dünyanın 10 ən çirkli turist şəhəri


 

Dünyanın 10 ən çirkli turist şəhəri<b style="color:red"></b>

Turistlər arasında populyar olan Macarıstanın paytaxtı Budapeşt dünyanın ən çirkli turist şəhəridir.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə "Radical Storage" kompaniyasının apardığı sorğudan sorğudan sonra bilinib.

Rəyi soruşulan turistlərin 39,7 faizi Budapeştin təmizliyindən narazı qalıb. Sonrakı yerlərdə 35,7 faizlə İtaliyanın paytaxtı Roma və 31,6 faizlə Las-Veqas (ABŞ) yer alıb.

İlk "onluq"da isə aşağıdakı şəhərlərin adları var: Florensiya, Milan, Verona (hamısı İtaliya), Paris (Fransa), Frankfurt (Almaniya), Brüssel (Belçika) və Qahirə (Misir).

Yeri gəlmişkən, xəbər verdiyimiz kimi "Radical Storage"nin apardığı digər sorğuda Polşanın Krakov şəhəri "Dünyanın ən təmiz turist şəhəri" elan olunmuşdu.

L.Tağıyeva

 





03.12.2025    çap et  çap et