525.Az

11 il əvvəl itmiş təyyarənin axtarışları bərpa ediləcək


 

11 il əvvəl itmiş təyyarənin axtarışları bərpa ediləcək<b style="color:red"></b>

2014-cü ildə yoxa çıxmış "Malaysia Airlines" aviaşirkətinə məxsus "Boeing 777" təyyarəsinin axtarışları dekabrın 30-da bərpa ediləcək.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Malayziyanın Nəqliyyat nazirliyi məlumat yayıb.

Əməliyyatı ABŞ-nin "Ocean Infinity" şirkəti aparacaq. 55 günlük əməliyyat zamanı təyyarənin Hind okeanına ehtimal olunan düşdüyü ərazi axtarılacaq.

Xatırladaq ki, MH370 reysi ilə Malayziyanın paytaxtı Kuala Lampurdan Çinə uçan təyyarə 2014-cü il martın 8-də havaya qalxdıqdan 40 dəqiqə sonra radarlardan itib. İndiyə kimi aparılan axtarışlar bir nəticə verməyib. Təyyarənin göyərtəsində olan 227 sərnişin və 12 ekipaj üzvü həlak olmuş hesab edilir. 

L.Tağıyeva

 





03.12.2025    çap et  çap et