525.Az

Sərxoş yenot "şərab evi"ni alt-üst etdi


 

Sərxoş yenot "şərab evi"ni alt-üst etdi<b style="color:red"></b>

Spirtli içkilərin satıldığı mağazaya soxulan yenot mağazanın sözün həqiqi mənasında altını üstünə çevirib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, maraqlı hadisə ABŞ-nin Virciniya ştatının Hanover dairəsində baş verib.

Damdan mağazaya girən yenot vitrinlərdəki şüşələri, içki qutularını, bir sözlə, qarşısına çıxan hər şeyi dağıdıb. Mağaza işçiləri hadisədən səhər tezdən, iş saatı başlayanda xəbər tutublar. Əvvəl bunu insanın törətdiyini düşünən əməkdaşlar sanitar qovşaqda huşsuz yenotla rastlaşanda hər şey aydın olub. Demə, yenot şüşələri sındırdıqdan sonra viski və skotçun dadına baxıb və alkoqolun təsirindən huşunu itirib.

Qeyd edək ki, "cinayətkar" heyvanlar üçün sığınacağa təhvil verilib, ayıldıqdan sonra isə azadlığa buraxılıb.

L.Tağıyeva

 





03.12.2025    çap et  çap et