Ermənistanın Baş naziri Nikol Paşinyan Robert Köçəryan və Serj Sarkisyanı siyasi rəqibr hesab etmir və əvvəlki hakimiyyətlər haqqında danışmağı dayandırmağın vacib olduğunu düşünür.
525.az xəbər verir ki, bu barədə o, parlamentdə hökumət saatı zamanı deyib.
"Mən həqiqətən hesab edirəm ki, biz əvvəlki hakimiyyətlər haqqında danışmağa son qoymalıyıq, çünki danışılası bir şey yoxdur. Biz hələ nələri deməmişik? Bizim yayımladığımız Qarabağ məsələsinə dair paket açıq şəkildə göstərir ki, ümumiyyətlə danışmağa heç nə yoxdur”, - o qeyd edib.
Paşinyanın sözlərinə görə, hökumət təxribatlara məruz qalır:
"Biz gəlib saatlarla danışırıq: Robert Köçəryan, Serj Sarkisyan... Əgər 2021-ci ildə seçkilər olsaydı, məhz parlament müxalifəti hakimiyyətin dəyişməsi gündəmi ilə çıxış edərdi və müəyyən mənada hələ də siyasi rəqib sayıla bilərdi. Mənim fikrimcə, onlar artıq rəqib deyillər, uzun müddətdir ki, rəqib deyillər”.
Pərvanə Sultanova
çap et