“Qərbdə heç kim Rusiyanın Ukrayna ilə münaqişədə uduzacağına həqiqətən inanmır”.
525.az xəbər verir ki, bunu Belçikanın Baş naziri Bart de Vever “La Libre” qəzetinə müsahibəsində deyib.
Aİ-nin dondurulmuş Rusiya aktivlərindən istifadəsi barədə danışan Baş naziri bildirib ki, anoloji hal əvvəllər heç vaxt baş verməyib. O xatırladıb ki, hətta İkinci Dünya müharibəsi zamanı belə Almaniyanın vəsaitləri müsadirə olunmayıb, yalnız dondurulub:
"Müharibə bitdikdən sonra uduzan dövlət qaliblərə kompensasiya ödəmək üçün bu aktivlərdən tamamilə və ya qismən imtina etməlidir. Bəs Rusiyanın Ukraynada uduzacağına kim inanır? Bu, bir mifdir, tam illüziyadır"
Baş naziri Moskvanın cavab tədbirləri ilə bağlı xəbərdarlıq etdiyini xatırladıb:
“Moskva bizə açıq şəkildə bildirdi ki, aktivləri müsadirə olunarsa, Belçika və mən şəxsən bunun nəticəsini əbədi hiss edəcəyik”.
Qeyd edək ki, 3 dekabrda Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen Komissiyanın idarə heyətinin Ukrayna üçün iki maliyyələşdirmə variantını təsdiqlədiyini açıqlayıb. Bu qərar dekabr ayında Aİ Şurası tərəfindən müzakirə olunacaq.
Pərvanə Sultanova
çap et