Fransa prezidenti Emmanuel Makron üç günlük rəsmi səfər çərçivəsində Çinə gəlib.
525.az xarici KİV-ə istinadın xəbər verir ki, Fransa lideri Çinin paytaxtı Pekində diplomatik görüşlər keçirəcək.
E.Makronun səfəri Çin və Fransa arasında diplomatik münasibətlərin qurulmasının 60-cı ildönümünü qeyd edən Çin lideri Si Cinpinin Fransaya ötənilki səfərinə qarşılıq kimi qiymətləndirilir.
İki ölkə liderinin Çin-Fransa əlaqələrini inkişaf etdirmək üçün danışıqlar aparacağı, həmçinin beynəlxalq və regional böhranları müzakirə edəcəyi gözlənilir.
İsgəndər Həsənov
çap et