Tayland hökuməti 53 ildir qüvvədə olan günortadan sonra spirtli içkilərin pərakəndə satışına qadağanı ləğv edib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, qadağa 180 günlük sınaq müddəti üçün aradan qalxıb. Dəyişikliyə görə, istehlakçılar artıq səhər saat 11:00-dan gecə yarısına qədər spirtli içki ala biləcəklər.
Qərarın təsiri sınaq müddəti bitdikdən sonra yenidən qiymətləndiriləcək.
Xatırladaq ki, Taylandda günortadan sonra spirtli içkilərin satışını qadağan edən qanun 1972-ci ildə hərbi hakimiyyət dövründə qüvvəyə minmişdi.
İbrahim Cəfərov
çap et