525.Az

Kamçatkada 1 gündə 9 zəlzələ


 

Kamçatkada 1 gündə <b style="color:red"> 9 zəlzələ</b>

Dünən axşam saatlarında Kamçatkada 5 bal gücündə zəlzələ baş verib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri Petropavlovsk-Kamçatskdan 216 km məsafədə, ocağı 34,2 km dərinlikdə yerləşib. 

Bu, son 2 gündə  Kamçatkada ikinci güclü zəlzələdir. Srağagün yarımadada 5,6 bal gücündə yeraltı titrəyişlər olmuşdu.

Yeri gəlmişkən, son sutkada Kamçatkada 3,5-5 bal gücündə 9 zəlzələ qeydə alınıb. Bu barədə isə Fövqəladə Hallar Nazirliyinin regional şöbəsi məlumat yayıb.

L.Tağıyeva

 





04.12.2025    çap et  çap et