Hindistanın ən böyük hava yolu şirkəti “IndiGo” 70-dən çox reysin ləğv edildiyini açıqlayıb.
525.az xəbər verir ki, bu barədə “Press Trust of India” məlumat yayıb. “IndiGo” uçuşların əməliyyat tələbləri səbəbindən ləğv edildiyini açıqlayıb.
Bildirilib ki, uçuşlar ekipaj çatışmazlığı, texniki problemlər və hava limanında sıxlıq səbəbindən ləğv edilib.
Əlavə edilib ki, ekipaj çatışmazlığına səbəb uçuş vaxtı məhdudiyyətləri ilə bağlıdır.
Qeyd edək ki, bu yaxınlarda Hindistanda hava yolları ekipajları üçün həftəlik istirahət müddətləri iş vaxtı məhdudiyyətlərinə uyğun olaraq 48 saata qədər artırılıb.
İbrahim Cəfərov
çap et