525.Az

78 çamadan boş gəldi, sərnişinlər özündən çıxdı


 

78 çamadan boş gəldi, sərnişinlər özündən çıxdı<b style="color:red"></b>

Səudiyyə Ərəbistanından deportasiya edilən və vətənə qayıdan banqladeşlilər Dəkkədəki Həzrət Şahcəlal Beynəlxalq Hava Limanında gözlənilməz halla qarşılaşıblar.

525.az “Arab Times”a istinadən xəbər verir ki, Efiopiya Hava Yolları ilə Əddis-Əbəbə vasitəsilə gələn sərnişinlər pasport nəzarətindən keçdikdən sonra baqaj qəbuluna üz tutublar. Burada isə bir-birinin ardınca gələn 78 cırıq çamadanı görən sərnişinlərlə hava limanı əməkdaşları arasında gərginlik yaşanıb.

Terminal boyu qışqırıq səsləri eşidilib, bəzi sərnişinlər özlərindən çıxıblar, ətrafdakılar isə onları sakitləşdirməyə çalışıblar.

Banqladeş Mülki Aviasiya İdarəsi (CAAB) tərəfindən aparılan araşdırma nəticəsində məlum olub ki, çamadanlar Dəkkədə deyil, Səudiyyə Ərəbistanında boşaldılıb. Lakin bunun səbəbi barədə açıqlama verilməyib.

İbrahim Cəfərov

 





04.12.2025    çap et  çap et