525.Az

Ginnesin Rekordlar Kitabı İsraili boykot etdi


 

Ginnesin Rekordlar Kitabı İsraili <b style="color:red"> boykot etdi</b>

Ginnesin Rekordlar Kitabı İsraili boykot etmək və bu ölkədən gələn müraciətləri qəbul etməmək qərarına gəlib.

525.az xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.

“Kanal 12”nin yaydığı xəbərə görə, İsraildə böyrək donorluğunu təbliğ edən “Həyat Hədiyyəsi” (Matnat Chaim) şirkəti tərəfindən Ginnesin Rekordlar Kitabına rekord cəhd üçün təqdim edilən müraciət siyasi səbəblərdən qəbul olunmayıb.

İsrail təşkilatına Böyük Britaniyada yerləşən Ginnesin Rekordlar Bürosundan "hazırda İsraildən müraciətləri qəbul etmirik" cavabı gəlib.

“Həyat Hədiyyəsi” şirkətnin prezidenti Rachel Heber Ginnesin Rekordlar Kitabının qərarına etiraz edib:

“Ginnesin İsrailin bütün tibb dünyasını heyrətə gətirən bu nailiyyətini tanımaqdan imtina etməsi qəbuledilməzdir”.

İbrahim Cəfərov

 





04.12.2025    çap et  çap et