525.Az

Honkonqda yanğında ölənlərin sayı 159-a yüksəldi


 

Honkonqda yanğında ölənlərin sayı <b style="color:red"> 159-a yüksəldi</b>

Honkonqun Tai Po rayonunda səkkiz mənzilli kompleksdə baş verən güclü yanğında ölənlərin sayı 159-a çatıb.

525.az xəbər verir ki, bu barədə “South China Morning Post” qəzeti məlumat yayıb.

Qeyd olunub ki, Honqkonq polisi yanan binaların daxili axtarışlarının tamamlandığını və 31 nəfərin cəsədinin hələ də tapılmadığını açıqlayıb.

Yanğında ölənlərin sayı 159-a çatıb ki, onlardan 91-i qadın, 49-u kişi olmaqla ümumilikdə 140 cəsədin şəxsiyyəti müəyyən edilib.

İbrahim Cəfərov

 





04.12.2025    çap et  çap et