525.Az

Qəzzada ölənlərin sayı 70 117-ə çatıb


 

Qəzzada ölənlərin sayı 70 117-ə çatıb<b style="color:red"></b>

Qəzza Səhiyyə Nazirliyi İsrailin hücumları nəticəsində ölən və yaralananlar, həmçinin dağıntılar altından çıxarılan cəsədlərlə bağlı son məlumatları açıqlayıb.

525.az xəbər verir ki, son 48 saat ərzində dağıntılar altından 5 nəfərin cəsədi çıxarılıb, 13 nəfər isə yaralanıb.

Bununla da atəşkəs başlayandan etibarən ümumilikdə 360 nəfər həlak olub, 922 nəfər yaralanıb, dağıntılar altından 617 cəsəd çıxarılıb.

Ümumilikdə isə 2023-cü il oktyabrın 7-dən indiyə qədər Qəzzada ölənlərin sayı 70 117-ə, yaralıların sayı isə 170 999 nəfərə çatıb.

İbrahim Cəfərov

 





04.12.2025    çap et  çap et