525.Az

"Qarabağ" - "Ayaks" oyununun biletləri satışa çıxdı


 

"Qarabağ" - "Ayaks" oyununun biletləri<b style="color:red"> satışa çıxdı</b>

UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” - “Ayaks” (Niderland) oyununun biletləri satışa çıxıb.

525.az xəbər verir ki, dekabrın 10-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüşün biletləri bu gün saat 15:00-dan etibarən satışdadır.

Standart biletlərin qiyməti 10, 15, 25, 35, 40, 50, 75 AZN;

VIP sektorlar: 200, 250, 300 və 400 AZN;

VVIP sektorlar: 1000 AZN-dir.

Biletlər yalnız iTicket.az-ın mobil tətbiqi və saytı üzərindən əldə edilə bilər.

Onlayn bilet alışı ilə bağlı çətinlik yarandıqda azarkeşlər iTicket.az-ın satış məntəqələrinə, Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopuna və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarına müraciət edə bilər.

“Qarabağ” klubu azarkeşlərə bildirir ki, saxta biletlərə aldanmayın. Stadiona giriş yalnız QR bilet ilə mümkün olacaq.

 





04.12.2025    çap et  çap et