“Azərbaycan və Ermənistan arasında sülh prosesində müsbət irəliləyişlər var”.
525.az xəbər verir ki, bunu ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonen Xarici İşlər Nazirləri Şurasının 32-ci iclasında deyib.
“Mən Cənubi Qafqazda Ermənistanla Azərbaycan arasında sülh prosesində müsbət irəliləyişlərin şahidi oldum. Avqust ayında biz Minsk qrupu və əlaqəli strukturların bağlanmasında konsensusa nail olduq”, - Valtonen bildirib.
O əlavə edib ki, Minsk qrupu və əlaqəli qurumların bağlanması ATƏT büdcəsinin təsdiqlənməsində əsas maneənin də aradan qaldırılmasına kömək edəcək.
Pərvanə Sultanova
çap et