525.Az

Britaniya Ermənistana ilk dəfə hərbi attaşesi təyin edib


 

Britaniya Ermənistana ilk dəfə hərbi attaşesi təyin edib<b style="color:red"></b>

Böyük Britaniya Ermənistana ilk dəfə daimi hərbi attaşe təyin edib.

525.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Bu vəzifəyə mayor Tomas Şorland Boll təyin edilib.

Səfirliyin açıqlamasında vurğulanıb ki, bu tarixi addım Birləşmiş Krallıq və Ermənistan arasında tərəfdaşlığın artan gücünü əks etdirir və müdafiə, təhlükəsizlik sahələrində əməkdaşlığı daha da dərinləşdirəcək.

Pərvanə Sultanova

 





04.12.2025    çap et  çap et