525.Az

“TRIPP layihəsini müəyyən etdiyimiz müddətdə həyata keçirəcəyik” - Paşinyan


 

“TRIPP layihəsini müəyyən etdiyimiz müddətdə həyata keçirəcəyik” - <b style="color:red"> Paşinyan</b>

“TRIPP layihəsinin strateji çərçivəsinin dəqiqləşdirilməsi istiqamətində fəal iş davam edir”.

525.az xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyan bildirib.

"Sənədlər üzərində işləyirik və fikrimcə, yaxşı templə irəliləyirik. Əvvəlcə normativ-hüquqi və konseptual sənədləri hazırlayıb qəbul etməklə, sonra müqavilə imzalamaqla, ardınca isə yerlərdə praktiki işlərə başlamaqla TRIPP layihəsini müəyyən etdiyimiz müddət ərzində həyata keçirəcəyik”, - Paşinyan əlavə edib

Pərvanə Sultanova

 





04.12.2025    çap et  çap et