525.Az

Xankəndidə keçiriləcək XI Vüqar Həşimov Memorialının iştirakçıları bəlli olub


 

Xankəndidə keçiriləcək XI Vüqar Həşimov Memorialının iştirakçıları bəlli olub<b style="color:red"></b>

Xankəndidə keçiriləcək XI Vüqar Həşimov Memorialının iştirakçıları bəlli olub.

525.az xəbər verir ki, Vüqar Həşimov Şahmat Fondu, Gənclər və İdman Nazirliyi və Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığı ilə baş tutacaq turnirdə 6 şahmatçı rapid və blits yarışlarında mübarizə aparacaq.

Zəka sahiblərindən Yan Nepomnyaşi (FİDE), Amin Tabatabai (İran), Vladimir Fedoseyev (Sloveniya), Nodirbek Yakubboyev (Özbəkistan), Rauf Məmmədov və Aydın Süleymanlı 2 dövrədə qüvvələrini sınayacaqlar.

Qeyd edək ki, dekabrın 9-dan 11-dək keçiriləcək Memorial ilk dəfə 2014-cü ildə təşkil olunub. 2023-cü ildən isə turnir FİDE dünya çempionatının seçmə mərhələ statusunu alıb.

 





04.12.2025    çap et  çap et