525.Az

Avstraliyadan Ukraynaya yeni yardım zərfi


 

Avstraliyadan Ukraynaya yeni yardım zərfi<b style="color:red"></b>

Avstraliya Ukraynaya 63 milyon dollarlıq yeni yardım zərfi ayırıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Avstraliyanın baş naziri Riçard Maylz məlumat verib.

Yardımın təxmini yarısı - 33 milyon dollar vacib hərbi avadanlıqlar üçün nəzərdə tutulub. 30 milyon dollar isə hava hücumundan müdafiə taktiki radarlarının, döyüş sursatlarının, mühəndis qurğularının alınmasına sərf olunacaq.

Yeri gəlmişkən, Avstraliya Ukraynanı PUA sahəsində aparıcılı texnologiyalarla da təmin edəcək.

L.Tağıyeva

 





05.12.2025    çap et  çap et