525.Az

Evində 70 heyvan saxlayırdı, əlindən aldılar


 

Evində 70 heyvan saxlayırdı, əlindən aldılar<b style="color:red"></b>

Rusiyanın Neftekamsk şəhərində maraqlı məhkəmə prosesi başa çatıb.

525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, məhkəmənin qərarı ilə 70-dən çox heyvan saxlayan 46 yaşlı qadın cərimələnib.

Bundan başqa, onun 2 otaqlı, 46 kv.m sahəsi olan evindəki 40 pişik və 30 it əlindən alınaraq heyvan sığınacağına təhvil verilib. Bir qarğa isə azadlığa buraxılıb.

Qeyd edək ki, qonşular mənzildən pis qoxu və səs-küy gəlməsi üzündən məhkəməyə müraciət etmişdilər. Onların bu tələbi yerinə yetirilməklə yanaşı, mənzil dezinfeksiya edilərək təmizlənib.

L.Tağıyeva

 





05.12.2025    çap et  çap et