İsrailin 2026-cı ildə keçiriləcək Avroviziya mahnı müsabiqəsinə qatılacaq.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu, Avropa Yayım Birliyinin (EBU) İsrailin müsabiqəyə qatılıb-qatılmaması ilə bağlı səsvermə keçirməmək qərarına gəlməsindən sonra məlum olub. Bu qərar İsrailin 2026-cı ildə Avroviziya mahnı müsabiqəsində iştirakını təsdiqləyib.
Bundan dərhal sonra isə 4 ölkə - Niderland, İspaniya, İrlandiya və Sloveniya Avroviziyaya qatılmaqdan imtina ediblər. Bu sayın artacağı istisna olunmur.
İbrahim Cəfərov
çap et