525.Az

Rusiya snapçat bloklandı


 

Rusiya snapçat bloklandı<b style="color:red"></b>

Rusiyada snapçat tətbiqi bloklanıb.

525.az xəbər verir ki, bu barədə Rusiyanın İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət üzrə Federal Agentliyi (Roskomnadzor) məlumat yayıb.

Qurum oktyabr ayından bəri ölkədə snapçatda baş verən giriş problemlərini belə qiymətləndirib:

“Snapçat ölkədə terror fəaliyyətlərini təşkil etmək və həyata keçirmək, cinayətkarları cəlb etmək, vətəndaşlarımıza qarşı dələduzluq və digər cinayətlər törətmək üçün istifadə olunur”.  

“Roskomnadzor” eyni səbəbdən bu gün “FaceTime”ı bloklayıb. Daha əvvəl bu cür qadağalar “Facebook”, “X”, “TikTok”, “YouTube” və “Instagram”a da tətbiq olunub.

İbrahim Cəfərov

 





05.12.2025    çap et  çap et