525.Az

ABŞ-də yanacaqdoldurma məntəqəsində atışma


 

ABŞ-də yanacaqdoldurma məntəqəsində atışma<b style="color:red"></b>

ABŞ-nin Nebraska ştatının Omaha şəhərində yanacaqdoldurma məntəqəsində atışma baş verib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, atışmada bir şübhəli ölüb, üç polis əməkdaşı yaralanıb.

Polis rəisi Todd Şmaderer bildirib ki, atışma təqib edilən şübhəlinin polisə atəş açması ilə başlayıb.

Yaralı polislər xəstəxanaya çatdırılıb və onların həyati təhlükəsi yoxdur.

Omaha Polis İdarəsi hücumla bağlı araşdırmalara başlayıb.

İbrahim Cəfərov

 





05.12.2025    çap et  çap et