Asiyada ötən həftədən bəri yağan güclü yağışların səbəb olduğu sel və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 1500-ü ötüb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, İndoneziya, Şri-Lanka, Tayland və Malayziya təbii fəlakətdən zərər çəkib.
Ötən həftədən bəri leysan yağışlarının təsirinə məruz qalan Cənubi Asiya ölkələrində daşqınlar və torpaq sürüşmələri ölümlərə səbəb olmaqda davam edir.
Təbii fəlakətlər nəticəsində ən çox ölüm İndoneziyada qeydə alınıb. Burada 837 nəfər həyatını itirib.
Daşqınlar səbəbindən fövqəladə vəziyyət elan edilən Şri-Lankada 479 nəfər həlak olub.
Bir çox kəndin palçıq və dağıntılar altında qaldığı bu iki ölkədə 800-dən çox insanın itkin düşdüyü bildirilir.
Taylandda 185, Malayziyada isə 3 ölüm qeydə alınıb.
İbrahim Cəfərov
çap et