525.Az

Güclü qasırğa Yunanıstanda ciddi fəsadlar törədib 


 

Güclü qasırğa Yunanıstanda <b style="color:red"> ciddi fəsadlar törədib </b>

Yunanıstan ərazisində tüğyan edən güclü qasırğa əksər bölgələrdə həyatı iflic edib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, yağışlar paytaxt Afinada, Peloponnes yarımadasında, Krit adasında, Sparta bölgəsində daşqınlara səbəb olub.

Yolların su basıb, nəqliyyatın hərəkətində problemlər yaranıb. Bəzi ərazilərdə evlərin zirzəmilərini su basıb. 13 regionun 9-da məktəblər bağlanıb. Egey dənizində küləyin sürəti bəzi yerlərdə saatda 88 km-ə çatıb. 

Qeyd edək ki, sinoptiklərin məlumatına görə qasırğa sabah axşama sakitləşəcək.

L.Tağıyeva

 





05.12.2025    çap et  çap et