525.Az

İsrail 25 min ukraynalı qaçqını deportasiya edə bilər


 

İsrail 25 min ukraynalı qaçqını deportasiya edə bilər<b style="color:red"></b>

İsrail Rusiya-Ukrayna münaqişəsi başlayandan sığınacaq verdiyi 25 min civarında ukraynalını ölkədən çıxara bilər.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb 2022-ci ildə qəbul olunmuş qərarın bu ay başa çatmasıdır.

Qərara əsasən ukraynalılar İsraildə yaşaya və işləyə bilərlər. Amma onun vaxtının uzadılması barədə hökümət tərəfindən heç bir addım atılmayıb.

Doğrudur, müxtəlif qurumlar bir neçə dəfə bununla bağlı müvafiq instansiyalara müraciət ünvanlayıb. Gəl ki, onlara konkret cavab verilməyib. Yerli mətbuatın yazdığına görə, məsələ müzakirə olunur, nəticəsi yaxın günlərdə bəlli olacaq.

L.Tağıyeva

 





05.12.2025    çap et  çap et