525.Az

Merts Paşinyanla Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edəcək


 

Merts Paşinyanla Azərbaycan-Ermənistan sülh prosesini <b style="color:red"> müzakirə edəcək</b>

Almaniya kansleri Fridrix Merts dekabrın 9-da Berlində Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşəcək.

525.az xəbər verir ki, bu barədə Almaniya hökumətinin rəsmi nümayəndəsi Sebastian Hille jurnalistlərə deyib.

"Çərşənbə axşamı Almaniya kansleri Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşəcək. Danışıqlar ikitərəfli iqtisadi əməkdaşlıq, regional məsələlər və Ermənistanla Azərbaycan arasında sülh prosesi mövzularına yönələcək", - o bildirib.

Danışıqlardan sonra liderlər birgə mətbuat konfransı keçirəcəklər.

Pərvanə Sultanova

 





05.12.2025    çap et  çap et