525.Az

Tramp DÇ-2026-nın favoritini açıqladı


 

Tramp DÇ-2026-nın favoritini açıqladı<b style="color:red"></b>

ABŞ prezidenti Donald Tramp 2026-cı il dünya çempionatının əsas favoritini açıqlayıb. 

525.az-ın məlumatına görə, bu barədə Sport.es saytı xəbər yayıb.

“İspaniya şübhəsiz ki, favoritlərdəndir. Bu, əla komandadır və həmişə belə olub. Mən İspaniyanın böyük azarkeşiyəm, bu ölkəni sevirəm. Düşünürəm ki, onların mundialda çox yaxşı şansları var”, - Tramp deyib.

Qeyd edək ki, DÇ-2026 ABŞ, Kanada və Meksikada keçiriləcək. Turnirdə tarixdə ilk dəfə olaraq 48 yığma mübarizə aparacaq. Mundial 11 iyun – 19 iyul tarixlərində təşkil olunacaq.

 





06.12.2025    çap et  çap et