525.Az

Əlcəzairdə avtobus qəzası - 14 ölü


 

Əlcəzairdə avtobus qəzası - <b style="color:red"> 14 ölü</b>

Əlcəzairin cənubunda, Beşar və Tinduf şəhərlərini birləşdirən avtomobil yolunda sərnişin avtobusu qəzaya uğrayıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, qəza nəticəsində 14 nəfər həlak olub, 34 nəfər isə yaralanıb.

Yerli KİV-nin verdiyi məlumata görə avtobus Tebelballa şəhəri yaxınlığında idarəetmədən çıxaraq arxası üstə aşıb. Qəzanın səbəbləri araşdırılır.

Ölkə prezidenti Əbdülməcid Tebbun hadisə ilə bağlı  kədərləndiyini bildirib və  həlak olanların yaxınlarına başsağlığı verib.

Xatırladaq ki, Əlcəzairdə cari ilin avqustunda da oxşar hadisə yaşanmışdı. Həmin vaxt Xaraş dairəsində sərnişin avtobusunun çaya aşması üzündən 18 nəfər həlak olmuşdu.

L.Tağıyeva

 





08.12.2025    çap et  çap et