525.Az

Meksikada avtomobil partlayıb - 5 ölü, 4 yaralı


 

Meksikada avtomobil partlayıb - <b style="color:red"> 5 ölü, 4 yaralı</b>

Meksikanın qərbindəki Koahuayana şəhərinin İqnasio Lopez küçəsində, polis idarəsinin qarşısında avtomobil naməlum səbəbdən partlayıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, partlayış nəticəsində avtomobildə olan iki nəfər, eləcə də üç polis əməkdaşı həlak olub, bəziləri ağır olmaqla dörd nəfər yaralanıb.

Polis hadisə ilə bağlı araşdırmaya başlayıb.

İlkin məlumata görə, avtomobilə kimyəvi maddələrin yüklənməsi ehtimalı nəzərdən keçirilir.

İbrahim Cəfərov

 





08.12.2025    çap et  çap et