525.Az

Qəzzada ölənlərin sayı 70 360-a çatıb


 

Qəzzada ölənlərin sayı 70 360-a çatıb<b style="color:red"></b>

Qəzza Səhiyyə Nazirliyi İsrailin hücumları nəticəsində ölən və yaralananlar, həmçinin dağıntılar altından çıxarılan cəsədlərlə bağlı son məlumatları açıqlayıb.

525.az xəbər verir ki, son 24 saat ərzində dağıntılar altından 6 nəfərin cəsədi çıxarılıb, 17 nəfər isə yaralanıb.

Bununla da atəşkəs başlayandan etibarən ümumilikdə 373 nəfər həlak olub, 970 nəfər yaralanıb, dağıntılar altından 624 cəsəd çıxarılıb.

Ümumilikdə isə 2023-cü il oktyabrın 7-dən indiyə qədər Qəzzada ölənlərin sayı 70 360-a, yaralıların sayı isə 171 047 nəfərə çatıb.

İbrahim Cəfərov

 





08.12.2025    çap et  çap et