525.Az

Sakit okeanda 9 ton kokain ələ keçirilib


 

Sakit okeanda 9 ton kokain ələ keçirilib<b style="color:red"></b>

ABŞ Daxili Təhlükəsizlik Departamentinin Sakit okeanda fəaliyyət göstərən Sahil Mühafizəsi qrupları 9 tondan çox kokain ələ keçirib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, “X” sosial şəbəkəsində yayılan açıqlamada sahil mühafizə gəmisi “Munro”nun Sakit okeanın şərqində əməliyyat keçirdiyi qeyd olunub.

Bildirilib ki, əməliyyat zamanı 9 tondan çox kokain müsadirə edilib və bu, son 18 ildə ən böyük müsadirələrdən biridir.

İbrahim Cəfərov

 





08.12.2025    çap et  çap et